Bələdiyyə sədri: “Su verməyəcəm“

14 Mart 2014 16:47 (UTC+04:00)

İzmir Bələdiyyəsinin başqanı Aziz Kocaoğlu mətbuata açıqlamasında bildirib ki, Berkin Elvan adlı gənc aksiya iştirakçısının ölümündən sonra aksiyanı dağıtmaq üçün istifadə olunan təzyiqli su vuran maşınlara (TOMA) su verməyəcək:

"Bu vaxta qədər polis maşınlarına su verdik, insanlara təzyiq etdilər. Buna görə insanlardan üzr istəyirik. Bundan sonra verməyəcəyik. Bələdiyyə hesabına polisə avtobus da verməyəcəyik. Türkiyədə polisin özünə yeni düzən verməsi lazımdır"./Teleqraf.com