Bakıda inanılmaz cinayət: Qadın evdən 150 min manat apardı

22 Sentyabr 2015 12:30 (UTC+04:00)

Bakıda evdən 150 min manatlıq oğurluq olub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, paytaxtın İ.Həmidov küçəsində yaşayan Bəyimxanım Ələkbərovanın evindən 50 min manat nağd pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

“Təhlükəsiz Şəhər” Xidməti, Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.