Əhməd Davudoğlu İran Prezidenti ilə görüşdü

28 Sentyabr 2015 05:15 (UTC+04:00)

Türkiyə Baş naziri Əhməd Davudoğlu BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Axar.az xəbər verir ki, BMT-nin mərkəzi qərargahında baş tutan görüşdə regional məsələlər, İŞİD-lə mübarizə əsas müzakirə mövzusu olub.

Görüşdə Türkiyənin Xarici İşlər naziri Firudin Sinirlioğlu və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan da iştirak edib.