Zakir Qaralov: "İntiharların sayı artır"

1 Oktyabr 2015 12:08 (UTC+04:00)

“Təəssüflər olsun ki, bu gün Azərbaycanda intihar hadisələrində artım müşahidə olunur”.

APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, baş verən hər bir intihar hadisələri ilə bağlı cinayət işi başlanır və hansı rayonda baş veribsə, həmin rayonun prokurorluq əməkdaşları dərhal hadisə yerinə çıxırlar: “İstintaq çərçivəsində biz baş verən intihar hadisəsinin səbəblərini ciddi şəkildə araşdırırıq. Bu intiharlar müxtəlif səbəblərdən baş verir. Bir çox hallarda intihar edən şəxslərin psixi xəstəliklərdən əziyyət çəkdikləri üzə çıxır. Araşdırmalar zamanı məlum olur ki, onlar xəstə kimi vaxtında qeydiyyata alınmayıblar.

Bəzi hallarda isə intihar edən vətəndaşların ailələrində problemin mövcud olduğu məlum olur. Araşdırmalarımız ümumiləşdirilir və aidiyyəti qurumlara bu barədə öz təkliflərimizi veririk”.