“Rusiyanın Suriyaya girməsi bizə xeyirdir”

1 Oktyabr 2015 12:30 (UTC+04:00)

Rusiyanın Suriyadakı hücumları İsrailin xeyrinədir.



Publika.az xəbər verir ki, bu barədə Rusiya Yəhudi Federasiyasının rəsmisi Boruh Gorin “RİA Novosti”yə açıqlamasında deyib.



Onun fikrincə, İŞİD-ə qarşı əməliyyatlar İsrailin təhlükəsizliyinin güclənməsinə də gətirib çıxaracaq: “Rusiyanın Suriyadakı hücumlarını doğru hesab edirik”.

Agentliyin xəbərinə görə, Rusiyanın Təl-Əvivdəki səfirliyindən olan rəsmilərdən biri Suriyadakı hücumlarla bağlı İsrailin məlumatlandırıldığını açıqlayıb.



Asif