“Qarabağ” ilk qələbəsini qazandı 1:0 öndə - YENİLƏNİB

2 Oktyabr 2015 00:04 (UTC+04:00)

İkinci hissəyə daha fəal başlayan baş məşqçi Qurban Qurbanovun yetirmələri rəqib qapısına yol tapa bilməyiblər. Belçika təmsilçisi də ikinci hissənin sonlarına yaxın təşəbbüsü ələ alaraq "Qarabağ"ın qapısı qarşısında təhlükəli məqamlar yaradıb. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç yüksək peşəkarlıqla həmin zərbələrin qarşısını alıb və hesab arasında bərabərliyin yaranmasına imkan verməyib.

Beləliklə, avstriyalı baş hakim Oliver Draçtanın idarə etdiyi oyun "Qarabağ"ın minimal üstünlüyü ilə başa çatıb – 1:0.

22:54

Əllinci dəfə avrokubok yarışında meydana çıxan "Qarabağ" ilk hissəni minimal üstünlüklə öz xeyrinə başa vurub - 1:0.

"Qarabağ"ın yer aldığı "J" qrupunda digər oyun Fransada yerli "Monako" komandası ilə İngiltərənin "Tottenhem" klubu arasında keçirilir. Hazırda görüş London təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə davam edir.

22:40

Qarşılılı hücumlar şəraitində keçən oyunun 36-cı dəqiqəsində 25 metrlik məsafədən qapını dəqiq nişan alan Riçard Alemyda "Qarabağ"ı hesabda önə cıxarıb - 1:0

22:10

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Publika.az xəbər verir ki, "Köhlən atlar" Belçikanın adlı-sanlı "Anderlext" klubu ilə üz-üzə gəlir. Bu oyun "Qarabağ"ın qrup mərhələsində Bakıdakı ilk görüşüdür.

İndiyə kimi heç bir klubumuz Avroliqanın qrup mərhələsi çərçivəsində ev oyunlarında qələbə qazana bilməyib. Qurban Qurbanovun komandası bu baxımdan ilkə imza ata bilər.

Avropa Liqası. Qrup mərhələsi, 2-ci tur

1 oktyabr

J qrupu

22:00 Qarabağ - Anderlext (Belçika)

Baş hakim: Oliver Draxta

Köməkçi hakimlər: Roland Brandner, Ştefan Kuehr

Əlavə köməkçi hakimlər: Manuel Şuettenqruber, Diter Mukenhammer

Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)

Hakim-inspektor: Darko Ceferin (Sloveniya)

UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)

Bakı. T.Bəhramov adına Respublika stadionu.