Diyarbəkirdə silahlı hücum: 2 şəhid

1 Oktyabr 2015 14:08 (UTC+04:00)

Türkiyənin Diyarbəkir vilayətinin Silvan mahalında iki hərbçi silahlı hücuma məruz qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, işə getmək üçün eyni avtomobillə yola çıxan bir çavuş və zabit evlərinin yaxınlığında öldürülüb.

Silahlı hücumun kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.