SOCAR ixrac etdiyi məhsulların həcmini açıqladı

2 Oktyabr 2015 03:35 (UTC+04:00)

SOCAR sentyabr ayında 56 min 484 ton dizel yanacağı, 18 min 727 ton təyyarə yanacağı ixrac edib.

Publika.az xəbər verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 707 min 282 ton dizel yanacağı, 178 min 194 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. 2015-ci ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 502,77 dollar, təyyarə yanacağının -466,90 dollar, dizel yanacağının - 449,25 dollar, 1% kükürdlü mazutun qiyməti 220,76 dollar olub.

İqtisadiyyat şöbəsi