Suriyada rusların ilk qırıcısı vuruldu, Kreml isə... - VİDEO

2 Oktyabr 2015 17:00 (UTC+04:00)

Suriyanın müxalif qüvvələri bu ölkədə sentyabrın 30-dan hava əməliyyatlarına başlayan rus qırıcılarından birini vurub.

Publika.az xəbər verir ki, internetdə Suriyanın Hama çölündə “SU-25” reaktiv qırıcısının vurulmasını əks etdirən görüntülər yayılıb.

Videoda ərəb dilində danışan şəxslərin “Allahu Əkbər” nidaları aydın şəkildə eşidilir.

Kreml isə “Youtube”da çıxan videonu şərh etməkdən imtina edib. “RİA-Novosti” agentliyinə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Müdafiə Nazirliyinin informasiyalarına istinad etməyi məsləhət görüb.