Türkiyənin düşməni Rusiyadan silah istədi

2 Oktyabr 2015 17:54 (UTC+04:00)

PKK terror təşkilatının Suriyadakı qolu PYD-nin silahlı qanadı olan YPG Rusiyanın Suriyadakı hava əməliyyatları ilə əlaqədar açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, YPG İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq təklif edərək Rusiyadan silah istəyib.

“İŞİD-ə qarşı mübarizədə Rusiyanın havadan dəstək verməsini və silah yardımının edilməsini istəyirik. Biz İŞİD-ə qarşı Rusiya ilə birlikdə hərəkət edə bilərik. Rusiya yalnız İŞİD-ə qarşı deyil, Əl-Nüsra Cəbhəsinə qarşı da döyüşməlidir. İŞİD və Əl-Nüsra Cəbhəsi arasında hər hansı fərq yoxdur”, - YPG-nin komandirlərindən biri olan Sipan Hemo deyib.

Ömər Dağlı