“Normand dördlüyü” liderlərinin görüşü olub

3 Oktyabr 2015 03:11 (UTC+04:00)

Parisdə “normand dördlüyü” liderlərinin görüşü olub.

Publika.az xəbər verir ki, ümumilikdə 5 saata yaxın davam edən danışıqlar zamanı Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında “bağlı qapılar” arxasında görüş keçirilib. Sonra danışıqlara nümayəndə heyətlərinin digər üzvləri qoşulub.