Tanınmış futbolçu ürəyindən əməliyyat olundu

3 Oktyabr 2015 15:26 (UTC+04:00)

“Yuventus”un oyunçusu Ştefan Lixtştayner ürəyindən əməliyyat olunub.

Publika.az xəbər verir ki, 31 yaşlı futbolçunun “Frozinene” ilə oyunda nəfəs almasında problem yaranmışdı.

Tibbi müayinədən sonra futbolçuda ürək aritmiyası müşahidə edilib. Həkimlərin bir neçə günlük məsləhətləşməsindən sonra əməliyyata qərar verilib.

Əməliyyatın uğurla başa çatdığı bildirilir. Ştefanın bir aydan sonra meydana qayıdacağı gözlənilir.