AFFA-dan azarkeşlərə müraciət: oyuna 4 saat tez gəlin

3 Oktyabr 2015 16:45 (UTC+04:00)

AFFA Azərbaycan – İtaliya oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Trend-in məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu ilə əlaqədar 2 vacib məlumatı azarkeşlərin diqqətinə çatdırır:

- Oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar;
- Bakı Olimpiya Stadionunun avtomobil dayanacağında cəmi 2500 avtomobilin parklanması üçün yer olduğuna görə oyuna daha tez gələn azarkeşlər avtomobilini orada saxlaya biləcək və nəqliyyat vasitələrinə dayanacaqda nəzarət olunacaq.