Rusiya qırıcıları hədəfləri belə vurdu – VİDEO

3 Oktyabr 2015 23:27 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində İŞİD-ə məxsus 9 hədəfin bombardman edildiyini açıqlayıb.

Axar.az xəbər verir ki, nazirliyin məlumatına görə, hücum zamanı Su-34, Su-24M tipli təyyarələr 20 uçuş reallaşdırıb.

Hava hücumlarında Su-34 tipli təyyarələrdən atılan beton dəlmə xüsusiyyətinə malik Betab-500 və yüksək dağıdıcı qabiliyyəti olan Kab-500 raketlərindən istifadə edilib.

Əməliyyatın görüntüləri Müdafiə Nazirliyinin saytında yerləşdirilib.