Azərbaycanda əczaçılıq klasteri yaradılacaq

3 Oktyabr 2015 23:52 (UTC+04:00)

Azərbaycan şirkətləri əczaçılıq məhsullarının istehsalı sahəsində klasterin yaradılmasında maraqlıdırlar.

Bunu Trend-ə Sankt-Peterburqun Sahibkarlığın və istehlak bazarının inkişafı komitəsinin sədri Elgiz Kaçayev Bakıda keçirilmiş Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, Sankt-Peterburqun əczaçılıq məhsullarının hazırlanması və istehsalı sahəsində böyük potensialı var: "Xeyli ərczaçılıq klasterləri var. Azərbaycanlı tərəfdaşlarımız da belə klasterin Azərbaycanda inkişafında maraqlı olduqlarını ifadə ediblər. Buna görə də Sankt-Peterburq belə klasterin Azərbaycanda işə salınması üzrə birgə investisiyalar və kömək məsələsində əməkdaşlıq etməyə hazırdır".