Qızlarımız Türkiyənin “Bursa Böyükşəhər Bələdiyyəspor” komandasına qalib gəlib

4 Oktyabr 2015 22:43 (UTC+04:00)

Ökəmizi bu mövsüm qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarında təmsil edəcək Azərbaycanın “Telekom” klubu Türkiyədə ilk beynəlxalq yarışda qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Zoran Qayiçin yetirmələri olan Bakı klubu qardaş ölkənin “Bursa Böyükşəhər Bələdiyyəspor” komandası ilə qarşılaşıb.

Çengiz Göllünün xatirəsinə həsr olunan beynəlxalq turnirin ilk turu çərçivəsində Azərbaycan klubu “Çelenc Cup”n son qalibini 3:0 (27:25; 29:27; 25:20) hesabı ilə məğlub edib.

Komandamız oktyabrın 4-də Polşanın “Atom”, oktyabrın 5-də Türkiyənin “Qalatasaray”, oktyabrın 6-da Fransanın “Kann”, oktyabrın 7-də isə Rusiyanın “Proton Saratov” klubları ilə üz-üzə gələcək.

Turnirdə ən çox xal toplayan komanda yarışın qalibi elan ediləcək.