Qapıçı 100 metrdən qol vurdu - VİDEO

4 Oktyabr 2015 23:56 (UTC+04:00)

Kirov "Dinamo"sunun qapıçısı Boris Şoqenov Rusiya Peşəkar Futbol Liqasının (PFL) oyununda İjevsk "Zenit"inə qol vurub.

Publika.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, görüş oktyabrın 3-də İjevskidə baş tutub.

Şoqenov matçın 14-cü dəqiqəsində fərqlənərək hesabı açıb. Onun öz qapısından vurduğu zərbədən sonra top rəqib meydançasında yerə dəyərək qolkiper Sergey Voroninin başı üzərindən çərçivəyə daxil olub. Oyun 3:2 hesabı ilə "Zenit"in xeyrinə başa çatıb.