Millimizin üzvü üçün 2015-ci il bitdi

5 Oktyabr 2015 12:59 (UTC+04:00)

Azərbaycanın futbol üzrə yığma komandasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev guman ki, bu il yaşıl meydanlara çıxa bilməyəcək.

Publika.az xəbər verir ki, sentyabr ayının sonunda əməliyyat olunan futbolçu bu həftə yenidən əməliyyat masasına uzanmalı olacaq.

Onun yenidən əməliyyat olunmasına səbəb çənəsində infeksiya aşkarlanması olub. Buna görə də futbolçuya həkimlər bu il oynamamağı məsləhət görüblər. Amma onun tam hazır olması hansı müddətə tam bərpa olmasından asılıdır. Ondan sonra futbolçu məşqlərə qaldığı yerdən davam edəcək.