2 nəfər su quyusunda boğuldu

5 Oktyabr 2015 15:30 (UTC+04:00)

Yardımlı rayonunda bədbəxt hadisə baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 4-də rayonun Köryədi kənd sakinləri Rahil Adişov və Elvin Niftalıyev həmkəndlilərinin həyətində qazılmış su quyusunu təmizləyərkən oraya yıxılaraq suda boğulublar.

Onların meyitləri quyudan çıxarılıb.

Anar Tağıyev