Tənzilə Rüstəmxanlının imzaları saxta çıxdı

5 Oktyabr 2015 17:35 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən “Azər-Türk Qadınlar” Birliyinin sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının MSK-ya etdiyi müraciətə baxılıb.

Publika.az-ın məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, T.Rüstəmxanlının şikayəti araşdırılıb.

Məlum olub ki, T.Rüstəmxanlı DSK-ya 550 imza təqdim edib, onlardan 180-ni etibarsız olub: “Yəni, həmin imzalar aldadılma nəticəsində toplanılıb. Bununla da MSK DSK-nın qərarını qüvvədə saxlayıb, Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmayıb”.

Vasif Həsənli