Gömrükdən "iPhone"la bağlı RƏSMİ AÇIQLAMA

5 Oktyabr 2015 18:36 (UTC+04:00)

Bu gün bir sıra kütləvi informasiya vasitələrində “Apple” şirkətinə məxsus məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması ilə bağlı xəbərlər yayılıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur.

Belə ki, ölkə ərazisinə idxal olunan mobil telefonların mövcud qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğun olaraq rəsmiləşdirilməsi həyata keçirilir.