İbrahimoviç PSJ-nin tarixinə “daş atdı”

5 Oktyabr 2015 22:36 (UTC+04:00)

Fransa çempionatında 9-cu turun mərkəzi oyununda PSJ “Marsel”i (2:1) qəbul edib.

Publika.az xəbər verir ki, bu qarşılaşma Zlatan İbrahimoviç üçün əlamətdar olub. İsveçli hücumçu dubl edərək, komandasının qələbəsində böyük pay sahibi olub.

İbra vurduğu iki qolla PSJ-nin tarixinə düşüb. O, Paris klubunun tarixində ən çox qol vuran futbolçu olub.

Zlatan PSJ-də 110-cu qolunu vurub. İsveçli bu göstəricidə portuqaliyalı hücumçu Pedro Pauletanı geridə qoyub.