Zəncəfilli yerkökü şorbası

7 Oktyabr 2015 15:00 (UTC+04:00)

Zəncəfil və yerkökü orqanizmi toksinlərdən təmizləyir. Həmçinin, qarındakı şişkinliyin azalmasını təmin edir. Bir sözlə, payız və qış ayları üçün zəncəfil və yerkökü əvəzedilməz qidalardır. Bu iki dadlı və faydalı qidadan ləzzətli şorba bişirə bilərsiniz.

Publika.az zəncəfilli yerkökü şorbasının reseptini təqdim edir:

Tərkibi:

1 ədəd yerkökü

1 ədəd yunan qabağı

1 ədəd soğan

2-3 diş sarımsaq

1 çay qaşığı toz zəncəfil

İstiot

Cirə

1 litr su

Hazırlanması:

Yerkökükünü, soğanı, sarımsağı, qabağı xırda-xırda doğrayın. Hamısını iri qazana töküb tərəvəzlər yumşalana qədər qaynadın. Daha sonra blenderlə şorbanı hamarlaşdırın. Şorba hazırdır.

Nuş olsun!