“Facebook”dan pulsuz internet layihəsi

8 Oktyabr 2015 03:58 (UTC+04:00)

“Facebook” Afrika ölkələrini pulsuz internetlə təmin edəcək. Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2016-cı ildə istifadəyə veriləcək peyk sayəsində Afrikanın müəyyən bölgələrinə kosmosdan pulsuz internet təmin edəcək.

“Facebook”un internet.org layihəsi çərçivəsində həyata keçiriləcək layihəyə əsasən, peyk üzərindən təyyarələri pulsuz internetlə təmin edəcək.

Layihənin ilkin mərhələsində Afrikanın müəyyən bölgələrinin internetlə təmin edəcəyi bildirilir. 2016-cı ildə “kosmosdan pulsuz internet” layihəsinin istifadəyə veriləcəyi gözlənilir.

Gülxar