Ziya Bünyadov prospektində qəza: yol bağlandı - FOTO

7 Oktyabr 2015 19:30 (UTC+04:00)

Ziya Bünyadov prospektində qəza tıxaca səbəb olub.

Publika.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza Koroğlu metrosu istiqaməti - əsas yolda baş verib.

Hazırda qəza hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Sürücülərə alternativ olaraq Ziya Bünyadov prospektindəki köməkçi yoldan istifadə etmələri tövsiyə olunur.

Gülnar Əliyeva