Məşhur müğənni evini 5 milyon dollara satır

8 Oktyabr 2015 10:11 (UTC+04:00)

Türkiyənin superstarı Ajda Pekkan Bağçaköydəki villasını satışa çıxarıb.

Publika.az xəbər verir ki, 1 il əvvəl 3 milyon dollara aldığı villasını 5 milyon 600 min dollara satır. Villada 6 yataq otağı, 2 salon və 6 hamam, həmçinin hovuz var.

Qeyd edək ki, 75 yaşlı ulduz buradan əldə etdiyi pulla turizm bölgəsi kimi tanınan Bəbəkdə yeni ev almaq niyyətindədir.

Ləman Sultan