“Independent”: “Türkiyə o ölkədə uduzdu”

8 Oktyabr 2015 07:42 (UTC+04:00)

İngiltərənin “Independent” nəşrinin Yaxın Şərq üzrə müxbiri Patrik Kokburn sonuncu yazısında Rusiyanın Türkiyənin hava məkanını pozmasını şərh edib.

Publika.az xəbər verir ki, müəllif NATO-dan Türkiyəyə verilən dəstəyin “ritorik” olduğunu yazıb.

“Ərdoğan Türkiyəyə hücumun NATO-ya hücum olduğunu söyləyir. Türkiyənin baş naziri qeyd edir ki, Rusiya bir çox sahədə əməkdaşlıq etdiyi Türkiyə kimi bir dostu itirsə, çox şey itirəcək. Ancaq görünən odur ki, Suriyada itirən məhz Türkiyədir. Bəşər Əsədi devirmək üçün Türkiyənin göstərdiyi dörd illik cəhd müvəffəqiyyətsiz oldu”, - Patrik Kokburn qeyd edib.