Suriyada “üçlər ittifaqı”: Şərq cəbhəsində əməliyyatlar başlayır

8 Oktyabr 2015 10:37 (UTC+04:00)

Rusiya, Dəməşq rejimi və YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı) Suriyanın şərqində əməliyyatların koordinasiya edilməsi barədə razılaşıblar.

Publika.az xəbər verir ki, bu iddia ilə Livanda dərc olunan “Əl Ahbar” qəzeti çıxış edib.

İddiaya görə, YPG ilə Dəməşq arasında danışıqlarda vasitəçiliyi Rusiya edib. Xəbərdə bildirilir ki, Rusiya, Suriya və YPG-nin yer aldığı birgə qərargahın qurulması üçün iş aparılır.