Miri Yusifin “Ağ təyyarə”si - FOTO

8 Oktyabr 2015 11:15 (UTC+04:00)

Həmkarları arasında verdiyi solo-konsertlərlə rekord qıran tanınmış reper Miri Yusif yenə də sevənlərinə konsert qonaqlığı verəcək. Özü də yeni il öncəsi.

Publika.az xəbər verir ki, “Ağ təyyarə” adlanan konsert paytaxt klublarının birində baş tutacaq.

Oktyabrın 25-də axşam saat 20:00-da başlayacaq musiqi gecəsinə biletlərin qiyməti 30, VİP biletlər isə 100 manatadır.

Cəvahir