Beli incəldən pəhriz resepti

8 Oktyabr 2015 12:15 (UTC+04:00)

Türkiyənin tanınmış sağlam qidalanma mütəxəssisi Mərvə Tığlı Çinar belini incəltmək istəyən xanımlar üçün xüsusi pəhriz resepti hazırlayıb.

Publika.az mütəxəssisin pəhriz reseptini təqdim edir:

Bu pəhriz sayəsində gündəlik 1500 kalori qəbul edərək arzuladığınız incə belə sahib ola bilərsiniz.

Səhər yeməyi (336 kalori)

5 xörək qaşığı yulaf + 1 stəkan yağsız süd (içinə əzilmiş badam əlavə edin) + 1 çay qaşığı toz halında mixək + 2 çay qaşığı bal + 2 xörək qaşığı qurudulmuş qarağat və ya qara üzüm

Saat 11:00 və ya 12:00 (182 kalori)

1 ədəd dilim-dilim kəsilmiş sarı bibər

6 dilim yerkökü və 6 dilim turp

1 kərəviz sapı (xırda doğranmış)

Sous üçün: 5 yemək qaşığı lobya (konserv ola bilər) + 1 ədəd orta boy pomidor + 1 çay qaşığı nazik doğranmış qırmızı soğan + 1 çay qaşığı zirə.

Qarışığı blender ilə əzin və tərəvəzləri bu ecazkar sousla birlikdə yeyin.

Günorta (367 kalori)

Əsas yemək:

1 dilim tam taxıllı çörək

100 qram hinduşka və ya toyuq sinəsi

1 kasa ispanaq

Yarım kasa pomidor

1 xörək qaşığı rəndələnmiş motsarella pendiri

Qeyd: Çörəyin üzərinə ərzaqları düzərək 6-8 dəqiqə sobada qızardıb salatla birlikdə yeyin.

Salat

8 ədəd çerri pomidoru

1 orta boy xırda dilimlənmiş xiyar

4 böyük qara zeytun (tumu çıxarılıb doğranılır)

1 yemək qaşığı doğranmış göy soğan

15-20 yarpaq təzə nanə yarpağı

1 çay qaşığı zeytun yağı + 1 çay qaşığı limon suyu

Saat 15:00 və ya 16:00 (245 kalori)

1 kasa yağsız qatıq

5 ədəd dilim-dilim kəsilmiş quru ərik

1 xörək qaşığı bal

1 çay qaşığı limon suyu

Axşam (370 kalori)

8 böyük boy krevet

1 yemək qaşığı zeytun yağı

2 çay qaşığı təzə keşniş

2 çay qaşığı limon suyu

8 dilim balqabaq

1 kiçik kasa pazı

¼ kasa düyü

Krevetləri zeytun yağı ilə qarışdırıb, üstünə keşniş və limon suyu əlavə edin. 3-4 dəqiqə orta temperaturda bişirin. Buğda 5-7 dəqiqə bişmiş balqabaq və pazını başqa bir qabda pörtmüş düyü ilə qarışdırın.

Gecə: 1 stəkan darçınlı yaşıl çay

İncəbel olmaq istəyirsinizsə, bu pəhrizə elə indi, bu səhədən başlayın!

Aytən