Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına sabahdan etibarən start verilir.
Publika.az xəbər verir ki, Mərkəzi Seçki
Komissiyası (MSK) tərəfindən təsdiq edilmiş Təqvim Planına əsasən,
təşviqat kampaniyası qeydə alınmış namizədlər, onların səlahiyyətli
nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış
siyasi partiyalar, siyasi partiyaların blokları, onların
səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən
aparıla bilər.
Qeyd edək ki, Seçki Məcəlləsinə görə, seçkiqabağı təşviqatın
aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin
başlamasına 24 saat qalmış başa çatır.
Asif