Ərəb şahzadəsi “Twitter”in ən böyük payçısı oldu

8 Oktyabr 2015 18:53 (UTC+04:00)

Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid bin Talal “Twitter” sosial şəbəkəsinin ən böyük səhmdarlarından biri oldu.

Publika.az xəbər verir ki, dünyanın ən böyük sərmayə şirkətlərindən “Kingdom Holdinq”in sahibi Talal 6 həftə ərzində “Twitter”in 35 milyon hissəsinə sahib olub.

Şahzadə bin Talal “Twitter”in hissələrini 2011-ci ildə 300 milyon dollara alıb. O zaman onun sosial şəbəkədə payı 3 faiz idi.

İqtisadiyyat şöbəsi