Prezident belə rəqs etdi – VİDEO/FOTO

9 Oktyabr 2015 06:43 (UTC+04:00)

Argentina prezidenti Kristina Fernandes de Kirşnerin rəqsi internet-hitə çevrilib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı postuna namizədin seçkiönü kampaniyasına qatılan prezident aksiyanın sonunda səslənən mahnının sədaları altında çılğın hərəkətlər etməyə başlayıb.

Onu da qeyd edək ki, gülümsəməklə kifayətlənən namizəd prezidentə qoşulmayıb.

Mətbutda yayılan məlumatlara görə, interneti “partladan” rəqs “virus” kimi yayılmağa başlayıb. Yeni hit heç də ABŞ prezidenti Barak Obamanın Keniya rəhbəri ilə Alyaskadakı məşhur rəqsindən geri qalmır.

Sevinc