Azərbaycan nefti bahalaşdı

9 Oktyabr 2015 12:30 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,58 dollar, yaxud 1,07% bahalaşıb.

Publika.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,76 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İqtisadiyyat şöbəsi