Türkiyə hərbçiləri Ermənistana gedir

9 Oktyabr 2015 17:40 (UTC+04:00)

Türkiyə diplomatik əlaqələri olmadığı və sərhədi bağlı saxladığı Ermənistana beynəlxalq razılaşma çərçivəsində əsgər göndərəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərargahından bildirilib.

Məlumata görə, Türkiyə əsgərləri Ermənistana Avropa Şərti Silahlı Qüvvələr Anlaşması (AKKA) çərçivəsində oktyabrın 11-də gedəcək və burada üç gün qalacaqlar.

Ömər Dağlı