Obama: “Bu, Putinin zəifliyini göstərir”

10 Oktyabr 2015 10:41 (UTC+04:00)

“Rusiyanın Suriyadakı hərbi hərəkətləri prezident Vladimir Putinin mövqeyinin zəif olduğunu göstərir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama CBS telekanalına müsahibəsində bildirib.

Obamanın sözlərinə görə, Rusiyanın aviazərbələri Suriya prezidenti Bəşər Əsədin ümidsiz vəziyyəti ilə bağlıdır. ABŞ prezidentinin fikrincə, bu regionda Suriyanın timsalında Rusiyanın yalnız bir müttəfiqi qalıb.

Dövlət başçısı bildirib ki, Suriya münaqişəsinə müdaxilə Rusiyaya qarşı yeni sanksiyaları özü ilə gətirir.