Belarusa keçmək istəyən 200 silahlı saxlanıldı

11 Oktyabr 2015 10:22 (UTC+04:00)

Belarus sərhədçiləri ölkəyə keçmək istəyən təxminən 200 ukraynalı saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan ukraynalılar silahlı olub.

Belarus sərhədini keçməyə çalışan Ukrayna vətəndaşları özlərinin gəlişinin məqsədini açıqlaya bilməyiblər. Ukraynalılar Belarusa dəvət olunduğunu bildirsələr də, onları dəvət edən şəxslərin adlarını deməkdə çətinlik çəkiblər. Məlumata görə, axtarışda olan şəxslərin arasında qanunsuz silahlı birləşmələrin iştirakçıları da olub.

Qeyd edək ki, oktyabrın 11-də Belarusda prezidenti seçkiləri keçiriləcək. Hazırkı prezident Aleksandr Lukaşenko beşinci dəfədir ki, bu posta iddia edir.

Ömər Dağlı