Mənsum İbrahimov: “Məni Məcnun tanıtdı”

11 Oktyabr 2015 17:15 (UTC+04:00)

Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov sənətdə qazandığı uğurlara görə “Leyli və Məcnun”a minnətdar olduğunu deyib.

Xanəndə Publika.az-a sənət yolundan danışıb:

“Bir çox sənətkarlar Məcnun obrazını tanındıqdan sonra oynayıb. Amma mən o vaxt tanınmış sənətçi deyildim, Məcnun məni tanıtdı. Buna görə də Məcnun rolunda həmişə sevə-sevə çıxış edirəm. Hətta çox adam həmin operadan sonra məni “Məcnun” deyə çağırmağa başladı. Gənc müğənni kimi, o vaxt buna görə fəxr hissi keçirirdim. Bu, hər sənət adamına nəsib olmayan bir xoşbəxtlik idi”.

Cəvahir