Azərbaycanlı İŞİD-çilər müğənnilik etdilər – İNANILMAZ VİDEO

12 Oktyabr 2015 11:57 (UTC+04:00)

“Youtube” videopaylaşım saytında Azərbaycandan Suriya və İraqa döyüşmək üçün gedən İŞİD üzvlərinin yeni videosu yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərdə əksini tapan şəxslər silahlıdırlar.

Onlardan biri bildirir ki, indi döyüşə gedəcəklər və bu məqsədlə aralarında olanlardan biri ilk dəfə mahnı oxuyacaq.

Yaraqlılardan biri əlində İŞİD qruplaşmasının bayrağını tutub.