Davudoğlu: “Ankaradakı hücumda 3 təşkilat potensial şübhəli hesab edilir”

12 Oktyabr 2015 15:38 (UTC+04:00)

Türkiyənin baş naziri Əhməd Davudoğlu 97 nəfərin öldüyü, 246 nəfərin yaralandığı terror aktının arxasındakı təşkilatların adlarını açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C), PKK və İŞİD-in adını çəkib.

“Ankaradakı hücumda bu 3 təşkilat potensial şübhəli hesab edilir. İŞİD prioritet olaraq araşdırılır. Bundan başqa, PKK və DHKP-C-nin də bənzər planlarının olduğunu bilirik”, - Davudoğlu deyib.

Terror aktının iki kamikadze tərəfindən törədildiyini deyən Davudoğlu bombaların necə gətirildiyinin də müəyyənləşdirildiyini söyləyib. Baş nazir bombaları gətirənlərdən birini ələ keçirməyə yaxın olduqlarını dilə gətirib.