Oğuzda 4 bal gücündə zəlzələ oldu

13 Oktyabr 2015 10:20 (UTC+04:00)

Oğuzda 4 bal gücündə zəlzələ olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 13 oktyabr 2015-ci il tarixində Bakı vaxtı ilə saat 05:13-də Şəki şəhərindən 30 km cənub-şərqdə Oğuz rayonun ərazisində, 15 km dərinlikdə 4 maqnituda gücündə zəlzələ qeydə alınıb.

İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.