SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-avqust aylarında 5 mln. 539,3 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,4% azdır.
Publika.az SOCAR-a istinadən xəbər verir ki, cari ilin avqust ayında SOCAR 699,2 min ton neft hasil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41,9 mln. ton təşkil edib ki, bunun da 8 mln. 402,5 min tonu SOCAR-ın payına düşüb.
Xatırladaq ki, 2015-ci il üçün neft hasilatı 8,3 mln. ton həcmində proqnozlaşdırılır.
İqtisadiyyat şöbəsi