Emin albomunu tanıtmaq üçün 80 min nəfərə konsert verdi

13 Oktyabr 2015 13:15 (UTC+04:00)

Azərbaycanlı bəstəkar-müğənni Eminin dünyaşöhrətli “Take That” qrupu ilə Avropa turnesi bu gün yekunlaşır.

Publika.az xəbər verir ki, Emin və “Take That” qrupu 5-12 oktyabr aralığında Münhen, Amsterdam, Berlin, Sürix şəhərlərində çıxış ediblər. Bu gün isə onlar Milanda səhnəyə çıxacaqlar. Hesablamalara görə, 5 konserti 80 mindən çox insan izləyəcək.

Konsertlər Eminin yeni “More Amor” adlı albomunun və “Boomerang” adlı sinqlının tanıtımı naminə aparılır.

İsa Şükürov