Azərbaycan Beynəlxalq Bankında yeni baş direktor

13 Oktyabr 2015 13:56 (UTC+04:00)

Azərbaycan Beynəlxalq Bankında (ABB) kadr dəyişikliyi baş verib.

APA-nın verdiyi xəbərə görə, Hidayət Sultanov bankın baş direktoru təyin olunub.

Qeyd edək ki, H.Sultanovdan əvvəl bu vəzifəni Akif Əliyev icra edib.

Bundan başqa, bankın digər baş direktorları Elmir Həbibullayev və Fuad İslamov vəzifələrində qalır.