“Qəbələ” forma satışına başladı

13 Oktyabr 2015 16:08 (UTC+04:00)

Avroliqanın qrupunda mübarizə aparan "Qəbələ" formalarını satışa çıxarıb.

Publika.az xəbər verir ki, forma alan hər bir azarkeşə Avropa Liqasının qrup mərhələsinin "Qəbələ" - "Borussiya" D oyunu üçün bilet veriləcək. Bundan başqa, ilk bileti alan şəxsə "Sarar" firmasının kostyumu və klubun futbolçularının imzaladığı forma hədiyyə ediləcək.

Formaları "Go Sport" İdman Malları Mağazasından əldə etmək mümkündür (Ünvan: Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə).

Bundan əlavə, oktyabrın 20, 21 və 22-də paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq.