“Boeing-777”-ni Rusiya vurub - istintaqın rəsmi nəticəsi açıqlanıb

13 Oktyabr 2015 18:26 (UTC+04:00)

Malayziyanın “Boeing-777” sərnişin təyyarəsi Şərqi Ukraynanın hava məkanında Rusiyanın “Buk” raketi ilə vurulub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Niderland Təhlükəsizlik Şurasının sədri Çibbe Yaustra bildirib.

Onun sözlərinə görə, bu, Niderland Təhlükəsizlik Şurasının apardığı istintaqın rəsmi nəticəsidir.

Xatırladaq ki, Malayziya təyyarəsi 17 iyul tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 300 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.

Bundan daha əvvəl ABŞ təyyarənin rusmeyilli separatçılar tərəfindən vurulması versiyasını təsdiqləyirdi. “Biz analizlərimizi daim yeniləyirik və yeni məlumatları alırıq. Gəldiyimiz nəticəni artıq dərc etdik: “Boeing-777” sərnişin təyyarəsi rusmeyilli separatçılar tərəfindən “yer-hava” tipli raketlə vurulub. Biz təyyarənin separatçılar tərəfindən vurulması barədə deyilənləri tamamilə dəstəkləyirik”, - Dövlət Departamentinin rəsmisi Maria Harf deyib.

Rəsmi Kiyev də təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib.

Ömər Dağlı