17 yaşlı qız özünü işıq dirəyindən atmaq istədi

13 Oktyabr 2015 18:34 (UTC+04:00)

Kürdəmirdə 17 yaşlı qız intihara cəhd edib.

Bu gün saat 15:30 radələrində rayonun Soltan Şıxaliyev küçəsində 1998-ci il təvəllüdlü A.M dəmir yoluna məxsus 15-20 metr hündürlüyündə işıq dirəyinə çıxaraq özünü oradan atmaq istəyib.

Hadisə yerinə gedən Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşlarının A.M-lə apardıqları söhbətdən sonra o, fikrindən yayındırılıb və dirəkdən düşürülərək ailəsinə təhvil verilib. İlkin məlumata görə, gənc qızın intihara cəhd etmək istəməsinə səbəb ailədaxili münaqişə olub (APA).