Gələn il üzrə yaşayış minimumu 136 manat olacaq

14 Oktyabr 2015 17:47 (UTC+04:00)

Milli Məclisdə “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanunları müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, qanun haqqında Milli Məclisin İqtisadi siyasət komitəsinini sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, 2016-cı ildə Azərbaycanda yaşayış minimumu 136 manat götürülüb. Əmək qabiliyyətli əhali üçün bu rəqəm 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilib.

2016-cı il üçün yaşayış minimumu haqqında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli danışıb. O deyib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulur.

İqtisadiyyat şöbəsi