Hakkaridə 10 PKK-çı öldürüldü

14 Oktyabr 2015 23:19 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətində təşkil edilən əməliyyatlarda PKK terror təşkilatına ağır zərbə vurub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş qərargah əməliyyatların gedişatında 10 PKK-çının öldürüldüyünü açıqlayıb.

Üç hərbçinin isə yaralandığı və həyatlarına təhlükə olmadığı bildirilir.