PKK-nın beli qırıldı: 1925 ölü

15 Oktyabr 2015 09:30 (UTC+04:00)

PKK terror təşkilatına qarşı Şimali İraq və Türkiyə daxilində 22 iyul tarixindən həyata keçirilən əməliyyatlarda 1925 terrorçu öldürülüb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.

Son 100 gündə ölkə daxilindəki qarşıdurmalarda isə 255 terrorçu zərərsizləşdirilib, 37-si yaralı olmaqla 139-u ələ keçirilib.

İyulun 24-dən bu yana həyata keçirilən əməliyyatlarda 3362 nəfər saxlanılıb, onlardan 864-ü həbs olunub.